Füzulidəki Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi 2 aya istifadəyə veriləcək

SƏNAYE VƏ ENERGETİKA 07 okt 2022, 11:48
Prezident İlham Əliyevin oktyabrın 17-də Füzuli şəhərində təməlini qoyduğu Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin 2 aya istifadəyə verilməsi nəzərdə tutulur.

Demokrat.az
Report-a istinadla xəbər verir ki, bunu "Azərişıq" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.

Onun sözlərinə görə, rəqəmsal yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir.

Xatırladaq ki, bu gün Azərbaycan jurnalistlərinin Füzuli, Hadrut və Şuşaya mediaturu başlayıb. Səfər "Azərişıq" və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə təşkil olunub. Media nümayəndələri Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzində, eləcə də Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində olacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top