General Mövlam Şıxəliyevin orden və medalları alındı — SİYAHI

KRİMİNAL 07 okt 2022, 11:07
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev dövlət təltiflərindən məhrum edilib. 

Demokrat.az
-ın xəbərinə görə, bu barədə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə elan olunan hökmdə qeyd olunub. 

Məhkəmənin hökmünə əsasən Mövlam Şıxəliyevin Prezidentinin 28 mart 2009-cu il tarixli sərəncamı ilə verilmiş “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenindən, 27 mart 2006-cı il tarixli sərəncamı ilə verilmiş “Hərbi xidmətlərə görə” və 27 mart 2014-cü il tarixli sərəncamı ilə verilmiş “Vətən uğrunda” medallarından məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilib. 

Eləcə də Milli Təhlükəsizlik nazirinin 25 mart 2005-ci il tarixli, 0179 nömrəli əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarından, Milli Təhlükəsizlik nazirinin 24 iyun 2008-ci il tarixli, 0153 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1919-2008)” yubiley medalından, Milli Təhlükəsizlik nazirinin 26 mart 2009-cu il tarixli, 044 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalından, Milli Təhlükəsizlik nazirinin 30 iyun 2009-cu il tarixli, 0132 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley xatirə medalından, Fövqəladə Hallar nazirinin 15 dekabr 2010-cu il tarixli, 2934/ş nömrəli əmri ilə verilmiş “Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” yubiley medalından, Milli Təhlükəsizlik nazirinin 26 mart 2012-ci il tarixli, 060 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəsi medalından, Milli Təhlükəsizlik nazirinin 07 oktyabr 2013-cü il tarixli, 0248 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 2-ci dərəcəsi medalından, Milli Təhlükəsizlik nazirinin 27 mart 2014-cü il tarixli, 073 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley medalından, Milli Təhlükəsizlik nazirinin 04 iyul 2014-cü il tarixli, 0182 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley xatirə medalından, Milli Təhlükəsizlik nazirinin 26 mart 2015-ci il tarixli, 052 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 1-ci dərəcəsi medalından məhrum edilib.

Bundan başqa, İstintaq Baş İdarəsinin ibtidai istintaq idarəsinin rəis müavini vəzifəsində işləmiş polkovnik-leytenant Yasin Məmmədovun da dövlət təltiflərindən məhrum edilib. O, “Vətən uğrunda” medalından məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilib. 

Eləcə də Milli Təhlükəsizlik nazirinin 27 mart 2009-cu il tarixli, 054 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəsi medalından, Milli Təhlükəsizlik nazirinin 08 iyul 2005-ci il tarixli, 0396 nömrəli əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalından, Milli Təhlükəsizlik nazirinin 26 mart 2009-cu il tarixli, 044 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalından, Milli Təhlükəsizlik nazirinin 26 mart 2013-cü il tarixli, 078 nömrəli əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalından, Milli Təhlükəsizlik nazirinin 19 noyabr 2013-cü il tarixli, 0281 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 2-ci dərəcəsi medalından, Milli Təhlükəsizlik nazirinin 27 mart 2014-cü il tarixli, 073 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley medalından, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin 07 mart 2019-cu il tarixli, 279şh nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalından məhrum edilib. 

Yasin Məmmədovun polkovnik-leytenant hərbi rütbəsindən məhrum edilməsi barədə qərar çıxarılıb. 

İstintaq Baş İdarəsinin Metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini vəzifəsində işləmiş polkovnik-leytenant Sahib Ələkbərovun “Vətən uğrunda” medalından məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilib. 

Ona Milli Təhlükəsizlik nazirinin 08 iyul 2005-ci il tarixli, 0396 nömrəli əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalından, Milli Təhlükəsizlik nazirinin 23 mart 2007-ci il tarixli, 080 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəsi medalından, Milli Təhlükəsizlik nazirinin 24 aprel 2008-ci il tarixli, 0105 nömrəli əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalından, Milli Təhlükəsizlik nazirinin 26 mart 2009-cu il tarixli, 044 nömrəli əmri ilə verilmiş  Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalından, Milli Təhlükəsizlik nazirinin 27 mart 2014-cü il tarixli, 073 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley medalından məhrum edilməsi elan olunub. 

Həmçinin o, polkovnik-leytenant hərbi rütbəsindən (məhrum edilib. 

İstintaq Baş İdarəsinin ibtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi vəzifəsində işləmiş polkovnik-leytenant Vüsal Ələkbərovun Ələkbərovun polkovnik-leytenant hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsinə dair hissədə Bakı Hərbi Məhkəməsinin 10 iyul 2017-ci il il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2018-ci il tarixli qərarı nəzərə alınıb.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Onunla birlikdə mühakimə olunan ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 12 il 6 ay və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Zamində alan Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovun barəsində həbs-qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalından həbs edilib.
Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb.

Həmçinin Mövlam Şıxəliyevin və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb. 

İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top