"Dinamo" Mahir Emrelinin cəzalandırılması ilə bağlı açıqlama yaydı

İDMAN 05 okt 2022, 23:53
Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu futbolçusu Mahir Emreli ilə bağlı açıqlama yayıb.

Zaqreb təmsilçisi 25 yaşlı hücumçunun FIFA tərəfindən cəzalandırıldığını təsdiqləyib.

Klubdan bildirilib ki, ali futbol qurumunun qərarı oktyabrın 5-də Xorvatiya Futbol Assosiasiyası vasitəsilə çatdırılıb: "Dinamo" bu məsələdə bitərəfdir. Futbolçunun bütün borcu ödənilənədək FİFA-nın diskvalifikasiya ilə bağlı qərarı tətbiq ediləcək".

Qeyd edək ki, FIFA "Legiya" qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün Mahir Emrleinin futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyub.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top