"Kəpəz" ev oyunlarını Gəncədə keçirəcək — QƏRAR

İDMAN 06 okt 2022, 20:34
"Kəpəz" ev oyunlarını Gəncədə keçirəcək. Belə ki, Peşəkar Futbol Liqasının şəhər stadionunda təftişi əsasında keçirilən iclasda "sarı-göylər"in rəqiblərini doğma meydanda qəbul etməsinə icazə verilib. 

Qərara əsasən, tribunaların birinci yarısının ancaq oturacaqlı hissəsinin istifadə olunması, yerli və qonaq komandanın azarkeşlərinin ümumi sayının 3000 nəfərdən artıq olmaması şərti ilə "Kəpəz" Gəncədə oynaya biləcək. 

Beləliklə,  "Kəpəz" cari mövsümdə evdə ilk oyununu oktyabrın 16-da keçirəcək. Həmin gün tarixi derbidə əzəli rəqibi "Neftçi"ni qəbul edəcək.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top