Daha 72 nəfər “COVID-19”a yoluxub, iki nəfər vəfat edib — FOTO

SOSİAL 06 okt 2022, 16:37
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 821 937 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 379 nəfər müalicə olunaraq sağalıb, 9 927 nəfər vəfat edib, aktiv xəstə sayı 631 nəfərdir.

Ölkədə son sutka ərzində 2 848, hazırkı dövrədək isə 7 266 943 test aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top