"Həmin şəxslər erməni cəmiyyətində qəhrəman kimi təqdim olunublar"

SİYASƏT 06 okt 2022, 15:44
Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ortada olan videolar, araşdırmalara dair onlarla, yüzlərlə səhifədən ibarət sənədlər qovluğu Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilib.

Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə deyib.

O bildirib ki, bunun qarşılığında Ermənistan hər dəfə məsələ ilə məşğul olduğunu bildirib, bir necə cümlədən ibarət arayış təqdim edib: “Bu zaman məsələyə heç bir aydınlıq gətirilməyib. Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də bunlar qeydə alınıb. Beynəlxalq təşkilatlar bu məsələni Ermənistan qarşısında birmənalı qoymayıb, bu məsələ illərlə qalıb. Ermənistan 30 il ərzində bütün cinayətləri inkar edib. Heç bir məsələyə görə məsuliyyəti qəbul etməmək, törədilmiş cinayətləri inkar etmək, Azərbaycana qarşı bu və ya digər formada qaralama kampaniyası aparmaq mövqeyindən çıxış ediblər. Bu, uzun müddət bu formada davam edib. Son 10 ildə Ermənistan tərəfi bu cinayətləri törətmiş hansı bir şəxsi məsuliyyətə cəlb edib? Əksinə, həmin şəxslər erməni cəmiyyətində qəhrəman kimi təqdim olunublar, onlar barədə ancaq təqdiredici tədbirlər görülüb”. /APA
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top