Qətər əmiri səfərini yarımçıq qoyaraq Çexiyanı tərk etdi

DÜNYA 06 okt 2022, 16:07
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani üç günlük səfərini yarımçıq qoyaraq Çexiyanı tərk edib.

Demokrat.az
xəbər verir ki, səfər Çexiya prezidenti Miloş Zemanın dəvəti ilə təşkil olunub.

Oktyabrın 7-də Qətər əmiri Avropa İttifaqı liderləri ilə qeyri-rəsmi görüşdə iştirak etməli idi. Lakin oktyabrın 6-da səhər məlum olub ki, Əl Tani dünən axşam saatlarında ölkəni tərk edib. Bununla da əmirin Çexiya-Qətər münasibətləri tarixində Praqaya ilk səfəri başa çatıb.

İyunun sonunda Avropa İttifaqı artıq Qətərlə mayeləşdirilmiş təbii qazın tədarükü ilə bağlı danışıqlar aparırdı. Brüsseldə Dohanın tələbləri çox sərt hesab olunduğu üçün danışıqlar nəticəsiz qalmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top