Ceyhun Bayramov: “Vətən müharibəsindən sonra 257 nəfər mina qurbanı olub”

GÜNDƏM 05 okt 2022, 20:05
“2020-ci il Vətən müharibəsindən sonra 257 nəfər mina qurbanı olub”.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twitter”də bildirib.

“Ermənistan tərəfindən minaların kortəbii istifadəsi və minaların basdırılmasına hələ də davam edilməsi yaralanmalara və iztirablara səbəb olur. Ötən 30 il ərzində mina qurbanlarının sayı 38-i qadın, 357-si uşaq olmaqla 3 336-ya çatıb”, - deyə paylaşımda deyilir.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top