“Vətəndaşlarımızı kütləvi şəkildə rahatlıqla öldürüblər və deyiblər ki…” — Polkovnik

GÜNDƏM 05 okt 2022, 19:25
“Bu faktın özünü aşkar şəkildə dünyaya bəyan etməliyik”. 

 Bu fikirləri Demokrat.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Edillidə aşkarlanan kütləvi məzarlıq haqqında danışarkən deyib. Hərbi ekspert bunun ermənilərin növbəti bir vəhşiliyinin sübutu olduğunu qeyd edib:

“Ukraynada müharibə başa çatmayıb, amma Buçada  və digər ərazilərdə Rusiya hərbiçilərinin vəhşilikləri nəticəsində qətlə yetirilmiş insanların cinsini, boyunu, hansı yaşda olması ilə bağlı məlumat toplayaraq, dərhal da onu beynəlxalq qurumlara təqdim edirlər. Təbii ki, Edilidə aşkar olunan ayaqqabılardan, kəmərdən aşkar olunur ki, bu hərbi və hərbi mükələffiyyətçilərə aid olan qalıqlardır. Ona görə də bunu sübut etmək çətin deyil. Bu çox ciddi bir faktdır, çox ciddi hadisədir. Azərbaycan da bunu dünyaya lazımi şəkildə təqdim etməlidir”. 

“Görürsünüz bir video görüntüyə görə dünyanı Azərbaycana qarşı ayağa qaldırdılar. İndi ermənilər buna cavab versinlər! Vətəndaşlarımızı kütləvi şəkildə rahatlıqla öldürüblər və deyiblər ki, açılmayacaq. Bu nə birinci kütləvi məzarlıqdır, nə də sonuncu. Bizim Birinci Qarabağ savaşından 4 min itkinimiz var. Bu 4 min nəfərin qalıqları bu formada tapılacaq. Xocalıda vaxtikən ağır döyüşlərimiz olub. Orada da əsgər və zabitlərimiz vəhşicəsinə qətlə yetirilib. Ağdərənin, Xocavəndin  özündə  də döyüşlər olub. Bu məzarlıqdakı qalıqlar 99,9 faiz hamısı Azərbaycan əsgəridir. Çünki özlərinki olsaydı orada saxlamazdılar, başqa yerdə dəfn edərdilər. Bu məsələni dünyaya təqdim etməkdən çox şey asılıdır. Çox təəssüf ki, biz hələ də haqlı olduğumuzu dünyaya sübut edə bilmirik. Ukraynaya baxın artıq işi beynəlxalq məhkəməyə də çıxarıb. Bax, belə işləmək lazımdır. Hər kəs öz sahəsində işini layiqincə görməlidir. Onda da müsbət nəticə əldə edilə bilər”

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top