Bakıda 6 avtomobil toqquşub, xəsarət alanlar var — FOTO/VİDEO

HADİSƏ 05 okt 2022, 08:12
Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.

Demokrat.az
APA-ya istinadən xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib.

“VAZ-2107” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozaraq yüksək sürətlə yolda hərəkətdə olan Samir Talıbovun idarə etdiyi “Daewoo” markalı maşına çırpılıb.

Talıbova məxsus avtomobil isə yol kənarında dayanan “BMW” və “Mercedes” markalı avtomobillərə dəyərək dayanıb. “VAZ-2107” isə aşaraq yol kənarında dayanan “Kia” və “BMW” markalı maşınlara dəyib. Zərbə o qədər güclü olub ki, “VAZ”da olan sərnişin və sürücü müxtəlif bədən xəsarətləri alıb.

Sürücülərin APA-nın hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, “VAZ”ı idarə edən şəxs avtoxuliqanlıq edib.

Hadisə yerinə Polis əməkdaşları cəlb edilib. Sürücülərin izahatı alınıb. Yol kənarında hərəkətsiz dayanan avtomobillər isə binada yaşayan sakinlərə məxsus olub. Avtotexniki ekspertiza təyin edilib.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top