ABŞ Ukraynaya yenidən 625 milyon dollarlıq hərbi yardım ayırdı

DÜNYA 05 okt 2022, 08:22
Bayden Ukraynaya 625 milyon dollar məbləğində hərbi yardım ayırdığını açıqlayıb

 Demokrat.az
xəbər verir ki, bu barədə ABŞ prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı bildirib.

 Yeni hərbi yardım paketinə 4 HIMARS buraxılış qurğusu və onların döyüş sursatları, 16 155 mm-lik haubitsa, 16 105 mm-lik haubitsa, onlar üçün yüksək dəqiqlikli mərmilər, 200 MaxxPro avtomobili və bir çox başqa silahlar daxildir.

 Ümumilikdə, bu günə qədər ABŞ Rusiya ilə mübarizə aparmaq üçün Ukraynaya 16,8 milyard dollardan çox hərbi yardım edib.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top