Tramp CNN-i məhkəməyə verir — 475 milyon dollarlıq təzminat

DÜNYA 04 okt 2022, 23:37
ABŞ-ın 45-ci prezidenti Donald Trump CNN-i böhtan iddiası ilə məhkəməyə verib.

Tramp təzminat üçün 475 milyon dollar tələb edir.

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, Tramp iddia edir ki, bir vaxtlar nüfuzlu şəbəkə indi “dezinformasiya, böhtan və saxta xəbərlərin tədarükçüsü”dür. 29 səhifəlik iddiada CNN-in keçmiş prezidenti necə tənqid etməsindən bəhs edilir. 45-ci prezidentin 2024-cü ildə yenidən prezident postuna namizədliyini irəli sürəcəyi deyilib. Buna görə də Trampa qarşı tənqidlərin son aylarda artdığı da qeyd edilib. İddiada şəbəkənin onu necə ləkələdiyinə dair bir çox nümunə sadalanıb. Bu nümunələrdən bəzilərinə Trampı Hitlerlə müqayisə etmək, Trampı təsvir etmək üçün böhtan xarakterli “irqçi” etiketindən istifadə etmək və Trampın “böyük yalanı” kimi göstərilən 2020-ci il seçkilərinin oğurlandığına dair iddiaları nümunə göstərmək olar. CNN sözçüsü iddia ilə bağlı şərh verməkdən imtina edib.

Jalə
Demokrat az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top