Reza Deqati Xocavənddəki məzarlıqdan video paylaşdı — VİDEO

GÜNDƏM 04 okt 2022, 20:53
Dünyaca məşhur “National Geographic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqla bağlı paylaşım edib.

Fotoqraf bu haqda instaqram hesabında yazıb:

“Azərbaycan - Qarabağ. Edilli kəndində 1992-1993-cü illərdə Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilən 12 nəfərin kütləvi məzarlığı aşkar edilib. 4200 azərbaycanlı itkin düşüb və Ermənistan onların başına gələnlərlə bağlı heç bir məlumat vermir. Bu, 1992-ci ildən 2020-ci ilə qədər ermənilərin yaşadığı bu kənddə tapılan üçüncü kütləvi məzarlıqdır”.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top