"Ölkəmizin daxilində çoxlu milli satqınlar var, “müharibə olmasın” fikri səsləndirirlər" — AÇIQLAMA

GÜNDƏM 04 okt 2022, 20:26
Oktyabrın 3-ü axşam saatlarında və 4-ü gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Subatan, Yuxarı Şorca və İstisu, Tovuzqala rayonunun Çinarlı və Kolagir yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel, Zəylik və İstisu, Tovuz rayonunun Ağdam və Qaralar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Demokrat.az-a açıqlamasında bildirib ki, ermənilərin bu təxribatlara əl atmaqlarının əsas məqsədi Qarabağ məsələsini gündəmdə saxlamaqdır:

“Ermənilər çox gözəl bilirlər ki, Azərbaycan verdiyi sözə indiyədək əməl edib. Onlar çox gözəl dərk edirlər ki, Zəngəzur dəhlizi də açılacaq, digər ərazilər də geri qaytarılacaq və Qarabağ məsələsi də birdəfəlik həll olunacaq. Ona görə də, bu məsələdən agah olduqları üçün məsələni gündəmdə saxlamaq istəyirlər və özlərinə müdafiəçi axtarırlar. ABŞ-a, Fransaya, Rusiyaya, Hindistana və s. hara gəldi müraciət edərək məsələni gündəmdə saxlamağa çalışırlar. Bu problemin mövcudluğunu dünyaya sübut etmək üçün də belə təxribatlara əl atırlar. Ona görə də, mütəmadi olaraq bizim ərazilərimizdə bu kimi təxribatlar törədirlər. Bundan əvvəl də böyük təxribat törətdilər və layiqli cavablarını aldılar”.

Partiya sədri vurğulayıb ki, nə Paşinyan, nə də digərləri Qarabağın Azərbaycanın tərkibində qalmasını istəmir:

“Bunların içərisində nisbətən praqmatik, ağıllı adam Ter-Petrosyandır. O, mövcud reallıqları açıq-aşkar dedi və erməni cəmiyyətinin kapitulyasiya aktına hazırlamağın vacibliyini bildirdi. Həmçinin, bundan başqa əlaclarının olmadığını vurğuladı. Ona görə də, bizim daxilimizdə də fikirləşməsinlər ki, Ermənistan Hindistandan silah aldı və məsələ dəyişir. Heçnə dəyişmir. Hindistandan aldığı silahlar da bizim “Qənimətlər Parkı” na gələcək. Ermənistan ordusu demilitarizasiya olunub, erməni cəmiyyəti də. Ermənistan ordusu bizim xüsusi təyinatlıların qabağından dovşan kimi qaçırlar. Yəni, ermənilərin bu təxribatları törətməklə, yalnız bir məqsədləri var, bu məsələni gündəmdə saxlamaq. Ona görə də, biz addım-addım irəli prinsipini həyata keçirməliyik. Ölkəmizin daxilində çoxlu milli satqınlar var. “Müharibə olmasın”, “Azərbaycan başqa ölkənin ərazisinə daxil oldu” və s. fikir səsləndirirlər. Unutmasınlar kİ, ermənilər bu dəqiqə də bizim ərazilərimizi işğal ediblər. Qazaxın kəndləri hələ də onlardadır. Ona görə də, erməniləri tam yerində oturdana qədır müharibə davam etməlidir”.

Onun sözlərinə görə, ermənilər əllərini hər yerə uzadırlar:

“Onlar xaraktercə belədirlər ki, kənarda durub başqalarının əli ilə iş gördürmək istəyirlər. Amma dövr və zaman dəyişib. Biz özümüz reallığı qiymətləndirməliyik. Ermənistan adlı dövlətin yaranması layihəsi artıq iflasa uğrayıb. İndiki halda, KTMT-nin başında Rusiyadır. Rusiyanın da başı özünə qarışıb. İkinci də, Paşinyan bəlli olur ki, 9-10 noyabr tarixlərində söz verdiyi sözün üstündə durmur. Bu gün bu şərəf sözünü yerinə yetirmədiyi üçün Rusiyada müəyyən qədər əlini geri çəkdi.. Ermənilər söz verəcəklər, sonra əməl etməyəcəklər, elə deyil! Ermənilər başlarına ancaq "dəmir yumruq" dəyəndən sonra verdiyi sözə əməl edir. Ona görə də, siyasətimizi bunun üzərində qurmalıyıq və hesab edirəm ki, siyasətimiz bunun üzərində qurulub”.

Aynurə
 Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top