Rəşad Məcidə müavinlər seçildi — FOTOLAR

MEDİA 04 okt 2022, 17:37
Bu gün Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə iclası keçirilib.

Demokrat.az xəbər verir ki, iclasda Mətbuat Şurasının sədr müavinləri məlum olub.

Belə ki, Səadət Məmmədova və Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri Rəşad Məcidin müavini seçiliblər.

Bundan əlavə, Rey Kərimoğlu Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri, Əvəz Rüstəmov isə icraçı katib seçilib.

İclasda eyni zamanda Mətbuat Şurasının komissiyalarının da tərkibi müəyyən edilib.


Qeyd edək ki, sentyabrın 24-ü Rəşad Məcid Azərbaycan Mətbuat Şurasının yeni sədri seçilib.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top