Dövlət sərhədini pozan 8 nəfər saxlanıldı

HADİSƏ 04 okt 2022, 14:45
Oktyabr ayının 3-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.

DSX-dən Demokrat.az-a bildirilib ki,sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmış və dövlət sərhədini pozmağa cəhd göstərən 7-i azyaşlı olmaqla, 8 nəfər Azərbaycan vətəndaşları saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin dilənmək məqsədilə dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstərdikləri məlum olunub.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top