Özbəkistanda kimya zavodunda güclü partlayış olub — VİDEO

REGİON 04 okt 2022, 13:15
Özbəkistanın Çirçik şəhərində yerləşən kimya zavodunda güclü partlayış baş verib.

Bu barədə Daşkənd vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikası işləyir, yanğının lokallaşdırılması və aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Ölən və yaralananlar barədə məlumat verilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top