"3 dəfə qiyməti qalxan mallar var" — Vahid Əhmədovdan ETİRAZ (VİDEO)

İQTİSADİYYAT 04 okt 2022, 10:16
"Bahalaşma ilə əlaqədar məsələ ümumiyyətlə, tək Azərbaycanda deyil, bütün dünyada ciddi problemlər yaradıb. Fikir verirsinizsə, Avropanın qazla, neftlə təminatında ciddi problemlər olduğu üçün bəzən hətta zavod və fabriklər işlərini dayandırmalı olurlar."

Demokrat.az
xəbər verir ki, bu sözləri Sevinc Telmanqızının aparıcılığı ilə "Tv Müsavat"ın efirində yayımlanan "Canlı Debat" verilişində millət vəkili Vahid Əhmədov deyib.

"Qonşu, qardaş dövlət olan Türkiyəyə fikir verin. Qiymətlər günbəgün necə artır. Milli valyuta - lirə hansı səviyyəyə gəlib çatıb. O cümlədən, Azərbaycana da biz xaricdən kifayət qədər məhsul idxal edirik.  Xüsusilə ərzaq və qeyri-ərzaq məhsulları. Amma bunlar bizə şərait yaratmamalıdır ki, Azərbaycanda belə bir qiymət artımı olsun." - , deyə V.Əhmədov qeyd edib. 

Daha ətraflı verilişdən təqdim etdiyimiz hissədə: 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top