"Son sutkada Rusiyanın 44 tankı məhv edilib" — Ukrayna Baş Qərargahı

DÜNYA 04 okt 2022, 10:41
Ukrayna Ordusu son sutkada Rusiyanın 370 hərbçisini zərərsizləşdirib və 44 tankını məhv edib.

Demokrat.az
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 60 800 hərbçisi məhv edilib.

Məlumata görə, Rusiyanın digər döyüş itkiləri 2 424 tank, 5018 zirehli maşın, 1 407 artilleriya sistemi, 340 reaktiv yaylım atəşi sistemi, 177 hava hücumundan müdafiə sistemi, 266 təyyarə, 228 helikopter, 1 028 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3 823 avtomobil və avtoçən, 131 xüsusi texnikadan ibarətdir./report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top