Baydendən İRAN AÇIQLAMASI: "Ciddi şəkildə narahatam"

DÜNYA 04 okt 2022, 09:14
"Vaşinqton bu həftə nümayişçilərə qarşı zorakılıqda iştirak edən İran rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edəcək".

Demokrat.az
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden məlumat verib.

O, Ağ Evin saytında dərc olunan bəyanatında deyib: "Mən İranda bərabər hüquqlarını və əsas insan ləyaqətini tələb edən tələbələr və qadınlar da daxil olmaqla dinc nümayişçilərə qarşı şiddətli repressiyaların güclənməsi ilə bağlı xəbərlərdən ciddi şəkildə narahatam".

"Bu həftə Birləşmiş Ştatlar dinc nümayişçilərə qarşı zorakılıq törədənlərə əlavə sanksiyalar tətbiq edəcək. Biz İran rəsmilərini məsuliyyətə cəlb etməyə və iranlıların sərbəst şəkildə etiraz etmək hüquqlarını dəstəkləməyə davam edəcəyik.

Birləşmiş Ştatlar təhlükəsiz, kənar platforma və xidmətlərə daha çox çıxışı asanlaşdırmaqla da daxil olmaqla, iranlıların internetə çıxışını asanlaşdırır. Birləşmiş Ştatlar vətəndaş cəmiyyətini sıxışdırmaq üçün zorakılıq tətbiq etməkdə məsul olan Əxlaq Polisi kimi İran rəsmilərini və qurumlarını da məsuliyyətə cəlb edir", - ABŞ prezidenti əlavə edib.

Sentyabr ayında ABŞ Əxlaq Polisi və bir sıra məmurlara qarşı sanksiyalar tətbiq edib. Bundan əlavə, ABŞ Xəzinədarlığı İrana rabitə xidmətlərinin təqdim edilməsi variantlarını genişləndirən yeni ümumi lisenziya dərc edib. ABŞ hakimiyyətinin fikrincə, bu, davam edən etirazlar səbəbindən hakimiyyət tərəfindən internetə giriş məhdudiyyətləri fonunda “informasiyanın azad mübadiləsini və İran xalqının məlumat əldə etməsinə dəstək” məqsədilə edilib. (publik.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top