Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə telefonla danışdı

HƏRBİ 03 okt 2022, 20:16
Oktyabrın 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top