Azərbaycanda malyariya ilə bağlı vəziyyət açıqlandı

SOSİAL 03 okt 2022, 18:45
“Ölkədə malyariya ilə bağlı məsələ ciddi nəzarət altındadır və son illər ərzində malyariyaya yerli yoluxma qeydə alınmayıb”. 

Bunu TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva deyib. O bildirib ki, xaricdə yoluxmuş malyariya xəstəsi Azərbaycanda aşkar olunarsa, bu xəstələrin diaqnostikası və doğru müalicəsinin aparılması üçün ölkəmizdə bütün şərait mövcuddur.

Y.Qarayevanın sözlərinə görə, hazırda birinci növbədə yerli yoluxmanın qarşısının alınması istiqamətində işlər aparılır. O, əlavə edib ki, bunun üçün xüsusilə bataqlıqlara, eləcə də su hövzələrinə diqqət edilməsi son dərəcə vacibdir.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top