Bakıda qumar borcuna görə tanışını qətlə yetirənə cəza verildi

KRİMİNAL 03 okt 2022, 17:07
Bakıda qumar üstündə qətl törətməkdə təqsirləndirilən Rabil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Demokrat.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

R. Qasımov 9 il azadlıqdan məhrum edilib. 

İttihama görə,  hadisə paytaxtın  Nəsimi rayonu, Alı Mustafayev küçəsi 29 ünvanında olub.

Nəsimi Rayon Prokurorluğundan verilən məlumata görə, bu il aprelin 4-ü saat 23 radələrində 40 yaşlı Bəhruz Quliyevin öldürülməsi barədə məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 37 yaşlı Rabil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəhruz Quliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

R. Qasımov şübhəli şəxs qismində saxlanılıb. 

Məlumata görə, qətlə yetirilən Bəhruz Quliyev avtoyuma məntəqələrindən birində işləyib, o qumarda Rabil Qasımova pul uduzsa da, uduzduğu məbləği verməyib  R. Qasımov da həmin pula görə B. Quloyevi qətlə yetirib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top