BP Azərbaycanda kibertəhlükəsizlik laboratoriyaları yaratmaq istəyir

İKT 03 okt 2022, 11:13
BP şirkəti Azərbaycanda 3 universitetlə kibertəhlükəsizlik laboratoriyalarının qurulması istiqamətində danışıqlar aparır.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Qlobal Hibrid Müharibələri və Kibertəhlükəsizlik Sammiti"ndə şirkətin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

"Əsas məqsədimiz odur ki, bu sahədə mütəxəssislər hazırlansın. Son illər mədən sənayesində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) qaydaları ilə yanaşı kibertəhlükəsizlik qaydaları da xüsusi önəm kəsb edir", - deyə o, qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top