Əhməd İsmayılov: “Vətən müharibəsi dövründə çoxsaylı kiberhücumların qarşısı müvəffəqiyyətlə alınıb"

MEDİA 03 okt 2022, 11:03
"Bu gün ölkəmizdə kiber hücumlarını hiss etməkdəyik. 

Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycan  Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanda kiberhücumlar daha aydın hiss olunurdu:

"Lakin mediamız peşəkarcasına düşmənin bu sahədə təxribatını minimuma endirilmişdir. Hesab edirəm ki, gələcəkdə media ilə birgə platforma yarada bilərik".

Ə.İsmayılov əlavə edib ki,  informasiya təhlükəsizliyi sahəsində təkcə media nümayəndələri ilə deyil, ölkə vətəndaşları ilə də hüquqi maariflənmə işlərinin aparılması vacibdir: 

“Düşmənin informasiya hücumlarının qarşısının alınması üçün sistemli iş aparılmalıdır. İT mütəxəssisləri ilə təhlükəsizlik tədbirləri davamlı olmalıdır.
Vikipediya, Google maps, Youtube, Facebook kimi beynəlxalq resurslarda ermənilərin yalan məlumatlarına adekvat olaraq müxtəlif dillərdə Azərbaycan həqiqətlərini əks etdirən informasiyalar yerləşdirilməlidir. 
Ümumilikdə bütün ziyalılarımız yalan məlumatların, dezinformasiyanın qarşısının alınmasında fəal iştirak etməlidirlər”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top