“Referendum məsələnin gərginləşməsinə aparan yol oldu” — Oqtay Qasımov

GÜNDƏM 01 okt 2022, 22:21
“Rusiya Ukrayna savaşında əvvəldən planlaşdırdığı nəticəni əldə edə bilmədi. Yəni, Ukraynanı tam nəzarətə alıb, Ukraynada özünün istədiyi oyuncaq bir hakimiyyət quraşdıra bilmədiyi üçün və müharibə hələ də 8 ay müddətində davam etdiyi üçün bir formada onu yekunlaşdırmağa çalışırdı. Çünki Rusiya cəmiyyəti artıq bu savaşın nədən baş verdiyini, nədən Rusiyanın qələbəsi ilə nəticələnmədiyini maraqlanmaqda idi. Artıq bununla bağlı müəyyən narazılıqlar ortaya çıxırdı”. 

 Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. Politoloqun sözlərinə görə, bu narazılıqlara əlavə də, sosial-iqtisadi durum, Rusiyaya tətbiq olunan sanksiyalar nəticəsində kifayət qədər ağırlaşmışdı:

“Hər bir məğlubiyyətlər, sosial-iqtisadi problemlərin olduğu bir dövrdə sosial partlayışa gətirə bilərdi. Digər tərəfdən, Çin və Hindistan rəhbərlərinin Səmərqənddə  Rusiya prezidenti ilə görüşündə də savaşın bir an öncə bitirilməsi fikirləri olmuşdur. Bu da Rusiya üçün əslində müəyyən mənada problemlər yaradırdı. Çünki hər iki dövlət Rusiyanın ən böyük ticarət tərəfdaşları sayılır. Rusiya ona görə bu ərazilərdə tez tələsik referundurum keçirməyi, ona görə qərara aldı ki, bir formada həm Rusiya cəmiyyətinə guya Ukraynada hansısa qələbələr qazanıldığı və bu ərazilərin “Nova Rasiya” planının müəyyən bir hissəsini həyata keçirildiyi təbliğatı aparılsın. Cəmiyyət müəyyən qədər sakitləşdirilsin, hansısa bir qələbələrin və uğurların olduğu haqqında fikir formalaşdırılsın. Digər tərəfdən, son iki ay ərzində, yəni avqustun əvvəlindən başlayaraq Ukrayna ordusu Rusiya ordusuna kifayət qədər həssas zərbələr endirdi. Bu, həm Krım ərazisində, həm Ukraynanın işğal olunmuş vilayətlərində, Rusiyanın hərbi bazaları, hərbi silah-sursat anbarları, yanacaq bazarları loqistic dəstək infrasturkturları sıradan çıxarıldı və sentyabrın əvvəlindən isə Ukrayna ordusu Xarkov vilayəti istiqamətində əks hücum təşkil edərək, vilayətin böyük hissəsini işğaldan azad etdi.” 

“Bu zaman ortaya çıxan məsələ ondan ibarət idi ki, Rusiya ordusu Ukrayna ordusu qarşısında geri çəkilib, məğlub duruma düşmüşdü. Rusiya Ukraynanı hərbi, adi silahlarla, hazırki imkanları ilə məğlub edə bilməyəcəyini anladığına görə, bir formada nüvə şantajına əl atmağı düşünür. Bu ərazilərin Rusiyaya birləşdirilməsi də məhz bu məqsədi daşıyır ki, artıq həmin ərazilər Rusiya ərazisidir və Vladimir Putinin də elan etdiyi kimi bu ərazilərə hansısa təhdid olarsa, nüvə silahından istifadə hüququ guya ola bilər. Hesab edirəm ki, böyük ölçüdə ciddi bir dəyişiklik yaratmayacaq. Çünki dünyanın heç bir dövləti Rusiyanın nə Ukraynada işğalı faktı ilə barışmır,nə də bu ərazilərin beynəlxalq hüquq pzoularaq birtərəfli qaydada, xüsusilə silahların lülələri altında keçirilən bir referundurum nəticələrini qəbul etməyəcəklər. O baxımdan da mən çox ciddi dəyişiklərin olacağını düşünmürəm. Sadəcə olaraq, bundan sonra məsələnin biraz da mürrəkkəbləşməsi və gərginləşməsinə aparan yol oldu. Bundan sonra məsələ biraz da çətinləşəcək, amma Ukrayna da elan etdiyi kimi, işğal edilən əraziləri uğrunda sona qədər  bu savaşı aparacağını bildirib və onun mütəffiqləri, ABŞ və Qərb dövləri də sona qədər dəstəkləyəcəyini qeyd ediblər və Rusiyanın da nüvə silahından cəhdi olarsa, buna daha adekvat sərt cavabların olacağını da qeyd ediblər”.

Aynurə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top