“Türkiyə hərbi bazasının ölkəmizdə olması labüddür, çünki Rusiya...” — AÇIQLAMA

GÜNDƏM 01 okt 2022, 22:15
"Rusiyanın Ukraynanın Donbas, Zaparojye və Xersonda qondarma referendum keçirməklə, bu regionları Rusiyaya birləşdirməsi beynəlxalq hüquqa meydan oxumaqdır. Ukrayna hücumu dayandırsa, bu Ukraynanın bir dövlət kimi fiaskosuna və Rusiyanın Qərb qarşında mövqelərini möhkəmləndirəcək. Bu anneksiya daxildə V. Putinin reytinqi yüksəldə bilər. Ona görə də ABŞ başda olmaqla, kollektiv Qərb Ukraynaya hərbi dəstəyi artıracaq. Kiyev hücumları intensivləşdirilməsi gözlənilir".

Demokrat.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib. 

"Artıq Rusiyaya qonşu ölkələr bundan nümunə götürüb öz təhlükəsizliyini təmin etməlidir. Xüsusilə Azərbaycan Türkiyə ilə hərbi inteqrasiyanı inkişaf etdirilməli və ölkəmizdə hərbi bazasını yaratmalıdır. V. Putinin Ukraynanın ərazilərini işğal edərək, öz ərazisinə birləşdirməsi strateji olaraq Rusiyanı zəiflədəcək" - politoloq bildirib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top