Goranboyda qəza: Xəsarət alanlar var

HADİSƏ 01 okt 2022, 22:01
Goranboy rayonunun Xanqərvənd kəndində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-21015" və "VAZ-2104" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onların içərisində vəziyyəti ağır olan da var.

Xəsarət alanlar xəstəxanaya aparılıblar, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top