Polşa və Fransa XİN Ermənistan - Azərbaycan sərhədinə ATƏT missiyasının göndərilməsini müzakirə ediblər

DÜNYA 01 okt 2022, 18:43
ATƏT-ə sədrlik edən Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Zbiqnev Rau Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə təşkilatın missiyasının Ermənistan-Azərbaycan sərhədindəki münaqişə zonasına göndərilməsi imkanlarını müzakirə edib.

Bu barədə şənbə günü Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Nazir Zbiqnev Rau bu gün Fransanın xarici işlər naziri ilə telefon danışığı aparıb. Ermənistan və Azərbaycan sərhədində son hadisələr və bu regiona ATƏT-in missiyasının göndərilməsinin potensial imkanları müzakirə edilib”, - Polşa Xarici İşlər Nazirliyindən bildirilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top