Rəhim Rəhimli ilə bağlı ŞOK GİZLİNLƏR: “Bunu hər kəsdən gizlədirdi”

ŞOU-BİZNES 01 okt 2022, 17:10
“Bunu heç kim bilmirdi, hətta anasına belə deməmişdi…”

Bunu dünən dünyasını dəyişən müğənni Rəhim Rəhimli ilə bağlı danışarkən tanınmış şairə, müğənninin ən yaxın dostu Könül Nazimqızı Yenicag.az-a açıqlamasında deyib.

K.Nazimqızı Rəhimin hər kəsdən gizlin əməliyyat olunduğunu, bunu anasından belə gizlətdiyini bildirib:

“Üç dəfə həkimlə danışıb vaxt təyin etdik, amma Rəhim getmədi. Sonuncu dəfə ürəyindən əməliyyat olunmuşdu, bunu heç kim bilmirdi, hətta anasına belə deməmişdi. İstəmirdi, kimsə ona görə fikir eləsin. Ürəyinə su yığılmışdı, nəfəs ala bilmirdi. Mənə yazdı ki, nəfəs ala bilmirdim, həkimlər ürəyimdən su çəkdilər, indi yaxşıyam. Həkim demişdi, belə davam etsə, ömrü heç üç ay, beş ay çəkməz. Sonuncu dəfə ona dedim ki, gəl səni aparım Türkiyəyə, orada müalicə olun.

Gözləri doldu və dedi, bacı, artıq çox gecdi. Altıncı hissi çox güclüydü, deyirdi, bacı, ölümdən çox qorxuram. Amma bilirəm ki, öləcəm. Mənə yazdığı bütün SMS-lərdə “Könülüm” deyə müraciət edirdi. O yazışmalara baxanda ürəyim parçalanır. Vaxtında sözümü eşidib müalicə olunsaydı, bəlkə də, belə tez aramızdan getməzdi”.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top