“Məni Gürcüstanın daxili siyasi ixtilafları maraqlandırmır” — Saakaşvili 1 il sonra həbsdən yazdı (FOTO)

SOSİAL MEDİA 01 okt 2022, 16:30
Artıq bir ildir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin həbsddir. Qeyd edək I, sağlamlığlnda ciddi problemlər yaşayan sabiq prezidentin bir il ərzində dəfələrlə kobud şəkildə haqları pozulmuş və işgəncə verilmişdir. Mixeil Saakaşvili həbsdə olmasının 1 ili tamam olması ilə bağlı sosial media hesabında paylaşım edib.

Demokrat.az xəbər verir ki, paylaşımına "Əsirliyin 365 günü" yazaraq başlayan sabiq prezident əsas diqqəti Ukraynada cərəyan edən hadisələrə yönəldib: 

“Əsirliyin 365 günü. Bu həm də Gürcüstanın vətən müharibəsidir, burada ölkəmizin mövcud olub-olmaması məsələsi həll olunur. Mən bir sual vermək istəyirəm - necə ola bilər ki, müasir ordunun yaradıcısı həbsxanadan bu böyük döyüşü seyr edir? Mən indi zirehli geyimdə, əlimdə avtomat, ön cəbhədə olmalıyam. Mən Ukraynanın ən yüksək məmur dairəsinin nümayəndəsi kimi, siravi Ukrayna vətəndaşı kimi, Gürcüstanın bir vətənpərvəri kimi Ukrayna və Gürcüstanın taleyinin həll olunduğu yerdə olmağa borcluyam. Biz mütləq qalib gələcəyik!...Mən bunu ilk dəfə Rusiyanın genişmiqyaslı hücumunu görən və ölkəmizi sizinlə birlikdə xilas edən baş komandan kimi deyirəm. Artıq məni Gürcüstanın daxili siyasi ixtilafları maraqlandırmır, dünyada belə irimiqyaslı hadisə baş verir, mənim Rusiya ilə mübarizəm bəllidir. Ya azadlıq, ya ölüm!”



Aynurə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top