“Deutsche Welle”: İrandakı etirazlarda 9 avropalı saxlanılıb

REGİON 01 okt 2022, 15:58
İranda qadın hüquqları uğrunda keçirilən etiraz aksiyalarında Avropa ölkələrinin 9 vətəndaşı saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Deutsche Welle” İranın İnformasiya və Milli Təhlükəsizlik Nazirliyinin məlumatlarına istinadən yazıb.

Saxlanılanlar arasında Almaniya, Polşa, İtaliya, Fransa, Niderland, İsveç və digər ölkələrin vətəndaşlarının olduğu qeyd edilir.

Hüquq müdafiəçilərinin məlumatına görə, onlarla fəal və jurnalist də saxlanılıb. Beynəlxalq Amnistiya Təşkilatı iddia edir ki, İranda etiraz aksiyalarının dağıdılması zamanı azı 52 nəfər ölüb, yüzlərlə insan yaralanıb./Azpost.info/

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top