Tehranda Qasım Süleymaninin heykəli yandırıldı — VİDEO

REGİON 01 okt 2022, 14:35
İranın Tehran şəhərində parkda İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandanı, general Qasım Süleymaninin heykəli yandırılıb.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu barədə iranlı müxalif jurnalist Məsih Əlinejad “Instagram” hesabında yazıb:

“İslam Respublikasının rəmzləri bir-bir odda yanır.

Birincisi, Xameneinin şəklinin yandırılması, sonra baş örtüklərinin yandırılması, indi də Qasım Süleymaninin heykəlinin yandırılması...”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top