Zelenski NATO-ya üzvlüklə bağlı sənədi imzaladı

REGİON 30 sen 2022, 18:40
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalayıb.

Demokrat.az
UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Təhlükəsizlik Şurasının təcili iclasından sonra videomüraciətində bildirib.

"Ukrayna faktiki olaraq NATO-nun bir hissəsidir: Bu gün Ukrayna bunu de-yure etmək üçün müraciət ünvanlayır. Bununla, Ukraynanın Alyansa sürətləndirilmiş qaydada üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla qətiyyətli addım atırıq” -deyə Zelenski bəyan edib.

Dövlət başçısı qeyd edib ki, ölkəsi de-fakto NATO-da öz yolunu keçib: “Biz artıq de-fakto Alyansın standartlarına uyğunluğumuzu isbatlamışıq. Bir-birimizə güvənir, kömək edirik və bir-birimizi müdafiə edirik”.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top