Paşinyan: "Azərbaycanla sülh müqaviləsi üçün danışıqlara başlamaq lazımdır"

XARİCİ SİYASƏT 30 sen 2022, 21:23
"Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün substantiv danışıqlara başlamaq lazımdır".

Demokrat.az
xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan televiziyaya müsahibəsində deyib.

"Biz əldə olunmuş razılaşmalardan əl çəkmirik. Yaxın günlərdə xarici işlər nazirimiz azərbaycanlı həmkarı ilə görüş keçirəcək. Əvvəllər qeyd etdiyimiz kimi, sazişin mətninin hazırlanması üzrə danışıqlara başlanılmalıdır”, - Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, bu gün danışıqlar masasında heç bir sənəd yoxdur:

"Müəyyən bir mətnin olması arzuolunan olardı. Bu, o demək olardı ki, iş irəliləyib".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top