Nəzarətçi qadın sevgilisini həbsdən qaçırmaq istədi — Polislərin diqqətini çəkdi

DÜNYA 30 sen 2022, 19:10
Britaniyada keçmiş nəzarətçinin sevgilisini həbsxanadan qaçmasını təşkil etdiyi məlum olub.

Demokrat.az xəbər verir ki, Stiven Arçer adlı şəxs 1995-ci ildə qətl törətdiyi üçün ömürlük həbs cəzasına məhkum edilib. Cəzasını çəkərkən o, nəzarətçi Ceynlə tanış olub, daha sonra qadın sevgilisinin 2019-cu ildə həbsdən qaçmasına kömək edib və onu başqa şəhərə aparıb. 

O, bundan əlavə, keçmiş məhbusa yeni telefon verib və onunla həbsxanadan uzağa getməyə çalışıb, lakin onların hərəkətləri polisin diqqətini çəkib və Arçer həbsxanaya qaytarılıb. 

Qeyd edək ki, qadın qaçışın təşkilində iştirakını inkar edib, vəkili, məhkəməni məhbusun ona təzyiq göstərdiyinə və şantaj etdiyinə inandırmağa çalışıb. 

Qeyd edək ki, məhkəmənin qərarı ilə Ceyn bir il yarım sınaq müddəti alıb və könüllü olaraq 200 saat işləməli olacaq.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top