Dövlət başçısı: “Bolqarıstan şirkətlərini azad olunmuş ərazilərə dəvət edəcəyəm”

XARİCİ SİYASƏT 30 sen 2022, 18:57
“Mən bu gün Bolqarıstanın bir neçə aparıcı şirkətinin rəhbərləri ilə görüşəcəyəm. Artıq görüşlər üçün mövzular da kifayət qədərdir. Əminəm ki, bu görüş bütövlükdə iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox önəmli rol oynayacaq”.

Demokrat.az
xəbər verir ki, bunu Prezident İlham Əliyev Sofiyada Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

“Eyni zamanda, mən Bolqarıstan şirkətlərini Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət edəcəyəm, o cümlədən işğaldan azad olunmuş ərazilərə. Hazırda orada böyük quruculuq-abadlıq işləri aparılır və biz dost ölkələrin şirkətlərini orada görmək istərdik”, - Prezident İlham Əliyev vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top