Sərhəddən 140 km aralıda əməliyyat — Türkiyə terror yuvalarını belə dağıtdı (VİDEO)

REGİON 30 sen 2022, 18:25
Türkiyə Silahlı Qüvvələrinin (TSK) Şimali İraqın Asos şəhərinə qarşı əməliyyatında döyüş təyyarələri ilə yanaşı, tanker təyyarələri, Havadan Xəbərdarlıq Nəzarəti (HİK) təyyarələri və İHA-lardan da istifadə edilib.

Demokrat.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Şırnakda jurnalistlərə verdiyi açıqlamada Asosdakı terror yuvalarına hava zərbələri endirildiyini deyib.

Anadolu Ajansın müxbiri İraqın şimalındakı Qəndil şəhərinin cənub hissəsində və sərhəddən140 kilometr uzaqda hədəflərin məhv edildiyi əməliyyatın təfərrüatlarını əldə edib.

O, qeyd edib ki, kəşfiyyat işləri ilə hədəflər müəyyən edildikdən sonra hava əməliyyatları üçün əmr verilib: “Əməliyyat əmri ilə ölkə daxilində 3 fərqli bazadan havaya qalxan təyyarələr İraq sərhədinin 140 kilometr dərinliyində Asosda eyni vaxtda 16 hədəfi vurub.

Əməliyyatda sığınacaqlar, bunkerlər, mağaralar, tunellər və sursat anbarları ilə yanaşı, təşkilat rəhbərlərinin qərargah olaraq istifadə etdikləri görüş yeri də dağıdılıb.

Yalnız terrorçuların və onların hədəflərinin vurulduğu əməliyyatda tanker təyyarələri, HİK təyyarələri və PUA-ları ilə yanaşı döyüş təyyarələri də daxil olmaqla 10-dan çox təyyarə iştirak edib.

Hava əməliyyatlarında böyük ölçüdə yerli və milli sursatlardan istifadə edilib”.


Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top