Ekspert Elm və Təhsil Nazirliyini istefaya SƏSLƏDİ — FOTO/VİDEO

SOSİAL MEDİA 30 sen 2022, 16:37
“Üç həftədir ki, Azərbaycanda dərslər başlayıb, amma əsas dərs keçmək üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məktəblərə kitab vermir”.

Demokrat.az
xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov şəxs feysbuk hesabında yazıb. Ekspert qeyd edib ki, çap edilib məktəblərə verilən kitablar da səhv çap edilib:

“Götürüb keçən il silgiyə gedən kitabları gətirib şagirdlərə veriblər. Təzə Təbiət fənnini cədvələ salıblar, amma kitabları yoxdur. Bütün siniflər üzrə kitablar yoxdur. Valideynlər PDF - dən çap edib uşaqlara kitabları verirlər. Bir çox məktəbdə vakansiya var, müəllim yoxdur. Xüsusilə bölgələrdə riyaziyyat, fizika, kimya müəllimləri gəlmir deyə, o dərslər boş keçir.
Təhsilin əsasını strateji planlama təşkil edir. Durub hansısa tədbirdə boş-boşuna danışmaqla təhsil idarə edilmir”.
 


Ekspert daha sonra bunları əlavə edib:

“Azərbaycan vətəndaşlarının təhsil almaq hüququ Elm və Təhsil Nazirliyi tərəfindən məhdudlaşdırılır.  Dövlətimizin iqtisadi gücü öz şagirdlərinə yüksək səviyyədə təhsil vermək gücünə malikdir. Amma Elm və Təhsil Nazirliyi avqustun sonunda həll etməli olduğu dərslik, müəllim problemlərini həll edə bilmir. Öz vəzifə öhdəliklərini yerinə yetirməyən bir qurumun əməkdaşları niyə orada qalıb? Heçmi narahat deyillər ki, Azərbaycan vətəndaşları təhsildən məhrum olublar. Bəlkə ərizə yazıb istefa verəsiniz? Axı siz vəzifələrinizi yerinə yetirə bilmirsiniz”.






Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top