Düşmən tərəf müharibəyə hazırlaşır?

HƏRBİ 30 sen 2022, 17:00
Ermənistan Azərbaycan Ordusunu sərhəddə əvvəlki mövqelərə qaytarmaq üçün hücuma hazırlaşır. Bunu Ermənistan Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan jurnalistlərin “hansı cavab addımları atılacaq” sualını cavablandırarkən, rəsmi şəkildə açıqlayıb. “Əraziləri bərpa etmək üçün əmr almışıq, əmri yerinə yetirmək borcumuzdur” deyib. 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan  düşmən tərəf həqiqətən də, real olaraq müharibəyə hazırlaşır?

BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistanın bütün olanlardan sonra hələ də eyni ritorika ilə revanşdan danışması, itirilmiş torpaq dedikləri Azərbaycan ərazilərinin yenidən müharibə yolu ilə geri qaytarmağa çalışması bir daha onu göstərir ki, bu toplumla sülh mümkün olmayacaq.

Nəyə qadir olduqları göz önündə olan Ermənistanın nəyə arxayın olub revanş fikirləri ilə yaşamasının normal məntiqi açıqlaması yoxdur:

"Erməni cəmiyyəti bu günə kimi "soyqırım"  üzərində qurulmuş böyük bir yalanın ətrafına toplanmış toplumdur. Onların gündəlik yaşayışı, mövcudluğu bu yalan üzərində qurulub. 100 ildən sonra hesab etmək olar ki, erməni toplumu yeni bir "soyqırım"  yalanı uydurmağa çalışır və bu məqsədlə də özlərini qırğına vermək istəyirlər. 

Erməni toplumunun bu ideologiyası üçün erməni fərdlərinin  ölümü yox, bunun nəticəsi vacibdir. Bu baxımdandır ki, minlərlə erməni əsgərinin ölməsi, əlil olması onları maraqlandırmır, yeni qırğınlar  barədə düşünürlər".



Analitik hesab edir ki, erməni toplumu ağlını o dərəcədə itirib ki, Ermənistan adlı bir ərazidə mövcud olan erməni fərdlərinin birdəfəlik yox olması ehtimalını nəzərə almırlar:

"Onların belə bir addım atıb yenidən müharibəni qızışdırması mümkündür və hətta mütləqdir.

Kimlərinsə onlara verməyə çalışdığı silahlar görünən odur ki, bu silahı onlara  verənlərin əsl məqsədlərindən bixəbər erməni toplumunun bədbəxtliyinə hesablandığını qanmırlar. Ölümə gedəcək olanlar ermənilərdir. Onların qarşısında Azərbaycan əsgəri olandan sonra bu silahın azlığı və ya çoxluğu ancaq erməni əsgərini daha çox məhv etməyə yarayacaq, çünki erməni əsgərinin əlində nə qədər çox silah olacaqsa, bir o qədər çox erməni məhv ediləcək".

Aynurə Pənahqızı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top