Güney Azərbaycanda baş tutan etirazlarda üç azərbaycanlı həbs edildi — FOTO

REGİON 30 sen 2022, 14:46
Güney Azərbaycanda genişmiqyaslı həbslərin davamı olaraq Əbhər şəhərində keçirilən etiraz aksiyaları zamanı üç azərbaycanlı həbs olunub.

Demokrat.az
xəbər verir ki,  bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Səidə Muradi, Əli Məqsudi və Əlirza Rəzəvi adlı etirazçılar sentyabrın 22-də İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.

Etirazçılar Zəncan şəhər həbsxanasına aparılıblar.

Azərbaycanlı fəallara qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top