Hansı hallarda sayğac yararsız hesab olunur? — AÇIQLAMA

SƏNAYE VƏ ENERGETİKA 30 sen 2022, 13:26
“Məişət sayğacları hər 5 ildən bir yoxlamalara çıxarılır. Yoxlama zamanı abonentin iştirakı təmin olunur. Azəriqaz İB-nin mütəxəssisləri tərəfindən yerlərdə baxış keçirilərkən, sayğaca müdaxilə halları aşkar olunarsa, dərhal həmin sayğac çıxarılır. Yerinə təbii ki, digər sayğac quraşdırılır ki,nabonent qazsız qalmasın. Yerindəcə çıxarılma aktı tətbiq olunur və çıxarılma səbəbi göstərilir. Yerindəcə xüsusi qutuya qoyulur və baxış birgə həyata keçirilir. Bəzi hallarda abonentlər gəlmirlər. Belə olan halda isə iştirak olmadan baxılır”.

Demokrat.az xəbər verir ki, bunu Metrologiya departamentinin sədri Zehin Rəsulov bu gün təşkil mətbuat konfransında deyib. Qurum rəsmisi bildirib ki, sənaye sayğacları isə 3 ildən bir yoxlamaya çıxarılır.

“Bütün sayğaclar birməınalı şəkildə sınaq qurğularından keçirilir. Birinci vizüal baxış keçirilir, yəni blom yerindədir ya yox. Müdaxilə hal olsa da belə, olmasa da belə sayğaclar birmənalı olaraq sınaq qurğularına keçirilir. Orada onların nisbi xətaları müəyyənləşdirilir. Məlumat üçün bildirim ki, məişət qaz sayğaclarında 3 pozisiyada yoxlanılır. Maksimal sərfiyyatla, normal və minimal sərfiyyatda. Maksimal sərfiyyatla, nominal sərfiyyatda norma xətası plus-minus bir onda beş faizdir, minimal sərfiyyatda 3 faizdir. Əgər bu norma daxilində olarsa, sayğac yaralı sayılır. Yenidən istismara təhvil verili. Əgər nisbi xətaları dediklərimdən kənarlaşırsa,  bu halda sayğac yarasız hesab olunur və istismardan çıxarılır”.

Aynurə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top