Natiq Məmmədli: Ən böyük reketlər ciddi mətbuat subyektlərində oturublar

MEDİA 30 sen 2022, 12:38
“Reket elementləri ilə peşəkarcasına məşğul olanların əksəriyyəti bizim ciddi media subyektlərində oturublar”.

Demokrat.az
-ın məlimatına görə, bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli İctimai TV-nin efirində deyib.

O bildirib ki, reket jurnalistlərlə bağlı mübarizədə nəticə əldə etmək üçün onun kökünü axtarmalıyıq:

“Reket mətbuat, şantajçılar hər zaman kimlərinsə işinə yarayır. Bunun kökünü mətbuatda deyil, başqa yerdə axtarmalıyıq. Reket jurnalistikaya qarşı mübarizə aparmaq bizim peşəmizin gələcəyi ilə bağlı məsələdir. Mübarizəni qanun müstəvisində necə aparırıq? Məsələn, "Media haqqında" qanunda da, Agentliyin keçirdiyi müsabiqələrdə də göstərildiyi kimi, mediaya bütün ödənişlər, jurnalistlərin gəliri şəffaf olmalıdır. Əgər media dövlətin güzəşt və imtiyazlarından faydalanmaq istəyirsə, gəlirləri şəffaf olmalıdır. Mediaya qeyri-rəsmi ödənişin hər bir qəpiyi media etikasına, Azərbaycan dövlətinin və ictimaiyyətinin maraqlarına qarşı işləyir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top