Tofiq Yaqublu SAXLANILIB

DAXİLİ SİYASƏT 30 sen 2022, 12:16
DİN Tofiq Yaqublunun saxlanılması barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, Tofiq Yaqublu razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə saxlanılıb. Hazırda müvafiq araşdırma aparılır. Araşdırma başa çatan kimi sərbəst buraxılacaq.


11.10

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu polis əməkdaşları tərəfindən saxlanılıb.

APA xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi sosial şəbəkə hesabında məlumat paylaşıb.

Tofiq Yaqublunun hansı səbəbdən saxlanıldığı barədə hələ ki rəsmi məlumat verilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top