Turan İbrahimov Rəhim Rəhimli barədə: “Son görüşdə incik ayrıldı” — YENİLƏNİB

SOSİAL 30 sen 2022, 11:46
“Son görüşdə incik ayrıldı”.

Bu sözləri Oxu.Az-a açıqlamasında aparıcı Turan İbrahimov deyib.

Onun sözlərinə görə, mərhum müğənni uşaqlıq dostu olub.



“Rəhim mənim uşaqlıq dostumdur. Buradakı evi ilə bağlı xatirələrimiz var. Heç məşhur olmamışdı. Axır vaxtlar görüşə bilmirdik. Özünə qapanmışdı. İncik ayrıldıq. Çox istedadlı insan idi. Biz yeniyetmə olanda fərqli xəyallarımız olub. Xoş olmayan hadisələr olub. Çox şey deyə bilərəm yaxşı mənada”.


***
“25 illik dostumu itirdim”.

Demokrat.az
xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında mərhum müğənninin dostu Mirzə Məmmədov deyib.

Dostunun sözlərinə görə, o 3-4 il ürək çatışmazlığından əziyyət çəkib.

“Ürəyinin 15 faizi işləyirdi. Bu evdə anası ilə birlikdə yaşayırdı. Gecə 3-də rəhmətə getdi. 25 ildir ki, burada yaşayırıq. Biz qonşu yox, dost olmuşuq. Mahnı yazan kimi gəlib mənə dinlədirdi. Çox gözəl günlərimiz olub”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top