Qanunu pozan Rusiya vətəndaşları Özbəkistandan deportasiya ediləcək

REGİON 30 sen 2022, 11:57
Özbəkistan ölkəyə gəlmiş Rusiya vətəndaşlarına xəbərdarlıq edib. Qanunları pozanlar deportasiya ediləcək.

Demokrat.az
bildirir ki, bu barədə Özbəkistan XİN açıqlamasında bildirib.

XİN-nin məlumatında deyilir ki, Özbəkistana gəlmiş Rusiya vətəndaşlarının sayı artır. Onların ölkədə qalması özbək qanunları və beynəlxalq hüquq aktları ilə tənzimlənir. Bu qanunda isə onların deportasiyası da nəzərdə tutulur.

“Bununla yaanşı qanun pozuntularına yol verməyən xarici ölkə vətəndaşlarının məcburi deportasiyası olmayacaq”-deyə XİN-dən bildirilib.

XİN bəyan edib ki, Özbəkistan ərazi bütövlüyü, dövlətin suverenliyi, digər ölkənin daxili işlərinə qarışmamaq prinsipinə sadiqdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top