Nüvə savaşı: “Xaosun üstünə yeni bir düzən qurulacaq”

GÜNDƏM 29 sen 2022, 23:13
“Dünya soyuq savaşdan bəri dünya və nüvə savaşı riskinə heç bu qədər çox yaxın olmamışdı”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

“Belə bir cümlə deyə bilərik: “Kiçik savaşlar kiçik, böyük savaşlar böyük ittifaqlar boşluğu yaradır. Bugünkü savaşlar vekil dövlətlərlə yapılan bir savaşa çevrilib. BTəbii ki, Ukrayna-Rusiya savaşında
Rusiya geopolitik savaş apardığı üçün bu savaşıuduzmasına səbəb olacaq ölkələrə çox ağır bedel ödətmək istəyə bilir. Bu baxımdan baxdıqda həqiqətən də çox böyük risklər var. Təbii ki, bu cür savaşı çıxardanlar müharibədən kənarda qala bilməyəcəklər və bu amansız müharibələri aparan şəxslər çox əziyyət çəkəcəklər. Onlar bu müharibənin qarşısını almaq üçün lazımi işləri və uzaqgörənliyi edə bilərlər, amma gücləri yetərli olmaya bilər. Bilirsiniz ki, Ukrayna müharibəsi də bir qurulmuş savaş idi, amma qurulduğu kimi getmədi və oxdan çıxdı. Digər tərəfdən isə savaş tək cəbhədə gerçəkləşən savaş deyil, yəni tək cəbhənin qərarları ilə formalaşmır. Bu baxımdan da, dünya və nüvə müharibəsinin başlaması ilə bağlı risklər yaranıb. Bir tərəfdən də, məhv edilməsi haqqında proqnozlar onları narahat edir. Yəni,  bu son dərəcə dinamik bir prosesdir. Ortaya çıxan ümumi nəticəsi isə budur ki, risk və qazanc hesabını mütləq hər kəs yapacaq. Hesab edirəm ki, xaos və xaosun üstünə yeni bir düzən qurulacaq”.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top