Sabiq deputatlığa namizədin ölkədən çıxışına “stop” qoyuldu

SOSİAL 29 sen 2022, 21:07
İş adamı Anar Məmmədovun Azərbaycandan çıxışı məhdudlaşdırılıb.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Kommersiya Məhkəməsi qətnamə çıxarıb. Proses hakim Leyla Əliyevanın sədrliyi ilə keçirilib.

Dövlət Vergi Xidmətinin məhkəməyə müraciəti əsasında Məmmədov Anar Sədrəddin oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulub. Onun “By Mammadov” şirkətinə aid 3700 manata yaxın vergi borcunu ödəmədiyi bəlli olub.

Qeyd edək ki, Anar Məmmədov uzun illər bank və sığorta sektorunda çalışıb. Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin elmi işçisidir. Polis Akademiyasında müəllim işləyir. O, sonuncu parlament seçkilərində deputatlığa namizəd olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top