“2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi xalqımızın arzuladığı bir qərardır” — Deputat

DAXİLİ SİYASƏT 29 sen 2022, 17:52
“Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ili “Heydər Əliyev İli”  elan olunması vətənini sevən hər bir şəxsi sevindirdi. Ümumimilli Lider Heydər Əliyev bütün həyat fəaliyyətini xalqa həsr etmiş tarixi şəxsiyyətdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər bir dövrdə ölkəni tərəqqiyə və inkişafa aparmışdır. Bu gün qürurla qeyd etdiyimiz müstəqil Azərbaycan dövləti Heydər Əliyevin ideyaları üzərində qurulub və inkişaf edir”. 

 Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat diqqətə çatdırıb ki, Heydər Əliyevin Azərbaycanla bağlı ən böyük arzusu torpaqları işğaldan azad olunması və qaçqın köçkünlərin öz yurdlarına qayıtması olmuşdur:

“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Ulu Öndər Heydər Əliyevin siyasi-iqtisadi kursu uğurla davam etdirilərək Azərbaycanı qalib ölkəyə çevirmişdir. Bu gün təbii ki, Heydər Əliyevin görmək istədiyi müstəqil, güclü və qalib Azərbaycan dövləti ərsəyə gəlmişdir. Ümumimilli Lider Heydər Əliyevin 100 illik yubileyi tamam olacağını nəzərə alaraq, 2023-cü ili “Heydər Əliyev İli” adlandırılması xalqımızın arzuladığı bir qərardır. Heydər Əliyevin çox şaxəli irsi xalqımızın milli sərvətidir. 2023-cü ildə müəyyən olunacaq tədbirlər planına əsasən xalqımız Ulu Öndər-Azərbaycan dövləti mövzularında silsilə tədbirlər təşkil ediləcəkdir. Ulu Öndərin zəngin fəaliyyəti və çoxşaxəli irsi “Heydər Əliyev İli” çərçivəsində gənc nəsillərə daha dolğun şəkildə çatdırmaq imkanı yaranacaqdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top