Bakıda yük avtomobilləri toqquşub, xəsarət alan var — FOTO/VİDEO

HADİSƏ 29 sen 2022, 11:26
29 sentyabr 2022-ci il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə Demokrat.az-a FHN-in mətbuat xidmətindən bildirilib.

Məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Qaradağ rayonu üzrə xilasedicilər qrupu dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, "KamAZ" və "MAN" markalı yük avtomobillərinin toqquşması ilə baş verən yol-qəza hadisəsi nəticəsində "KamAZ" markalı yük avtomobilinin sərnişini 1975-ci il təvəllüdlü Kadirov Zaur Şəmsəddin oğlu avtomobildə sıxılı vəziyyətdə qalaraq köməyə ehtiyacı yaranıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə Z.Kadirovu deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
 




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top